Kişi yığmamız dünya reytinqində 5-ci, qadın millimiz isə 11-ci pillədə

Kişi yığmamız dünya reytinqində 5-ci, qadın millimiz isə 11-ci pillədə

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan milli komandası dünya reytinqində ilk "5-lik"də yer alıb.

Mediasport.az xəbər verir ki, yığmamızın hesabında 2645 əmsala var.

Azərbaycanın qadın yığması isə 2310 əmsalla 11-ci pillədə qərarlaşıb.

Kişilərin yarışında ABŞ (2726) birinci, Hindistan (2714) ikinci, Çin (2686) üçüncü, Rusiya (2645) dördüncüdür.

Reytinq mayın 21-dək olan vaxtı əhatə edir.