Rusiyalı 12 qat dünya çempionu süni nəfəs aparatına qoşulub

Rusiyalı 12 qat dünya çempionu süni nəfəs aparatına qoşulub

Komaya düşən şahmat üzrə 12 qat dünya çempionu Anatoli Karpov süni tənəffüs aparatına qoşulub.

mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli qrossmeysterə beyin ödəmi, sağ parietal və sağ temporal sümüklərin sınığı, başın çoxsaylı hematomaları və travmatik subaraknoid qansızma diaqnozu qoyulub.

Xroniki xəstəlikləri də Karpovun vəziyyətinin ağırlaşmasına səbəb olub. O, 2 gün əvvəl Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb.