Milli komandalarımız AÇ-də Ermənistan yığmalarını məğlub edərək yarımfinala yüksəliblər

Milli komandalarımız AÇ-də Ermənistan yığmalarını məğlub edərək yarımfinala yüksəliblər

Azərbaycanını qız və oğlanlardan ibarət U-18 basketbol milliləri Avropa çempionatında Ermənistan yığmalarına qalib gələrək yarımfinala çıxıblar.

Mediasport.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərində keçirilən oğlanların yarışında “C” divizionunda son görüşünə çıxan komandamız B qrupunda Ermənistan seçməsini 76:69 hesabı ilə məğlub edib.

Kosovonun paytaxtı Priştinada təşkil edilən qızlar arasında C divizionunun B qrupunda son matçına çıxan millimiz isə Ermənistandan 68:42 hesabı ilə üstün olub.

Beləliklə, hər iki milli komandamız yarımfinala vəsiqəni təmin edib.