"Çalışırıq ki, əsas millidə oynayacaq futzalçılar hazırlayaq”
AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ikinci görüşdı Mərakeş yığmasına 1:5 hesabı ilə uduzub.
Mediasport.az xəbər verir ki, komandamızın baş məşqçisi İlqar Aslanov məğlubiyyət haqda danışıb.
Mütəxəssis bildirib ki, əsas məqsədin milliyə futzalçı qazandırmaq olduğunu deyib: “Çətin oyun oldu. Uşaqlar mübarizə apardılar. Turnirdə iştirak edən komandalar güclüdürlər. Mərakeş millisi son illərdə inkişafda edən komandadır. Belarus yığmasını isə tanıyırıq, bir neçə dəfə qarşılaşmışdıq. Yenə qeyd edirəm, bu cür turnirlər futzalçıların təcrübə toplaması, inkişafı baxımından əhəmiyyətlidir. Çalışırıq ki, gələcəkdə əsas millidə oynayacaq futzalçılar hazırlayaq”.
Qeyd edək ki, yığmamız turnirdə daha əvvəl Belarus millisinə 1:3 hesabı ilə məğlub olub.