Azərbaycanlı hakim Paralimpiya Oyunlarında idarəçilik edəcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.
Mediasport.az xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb.
O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir.
Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.