"Konyaspor"da köməkçi məşqçi olmuş mütəxəssis "Qəbələ"də
"Qəbələ" futbol klubunda daha bir təyinat reallaşıb.
Mediasport.az xəbər verir ki, türkiyəli Çağlar Volqa baş məşqçi Elmar Baxşıyevin korpusunda yer alacaq.
46 yaşlı mütəxəssis son klubu "Samsunspor"da fiziki hazırlıq məşqçisi olub.
Volqa karyerası ərzində "Marmaris Bələdiyyəsi", "Göztəpə", "Altınordu", "Altay", "Erzincanspor", "Konyaspor" klublarında köməkçi məşqçi kimi çalışıb.
"Osmanlıspor"da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, "Erzurumspor" və "Samsunspor"da fiziki hazırlıq üzrə çalışdırıcı vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, bugünlərdə "Qəbələ"dən baş menecer Nail Kərimov gedib, Səbuhi Səfiyarlı İdman direktoru təyin olunub, Rakif Əliyev isə məşqçi-analitik kimi fəaliyyət göstərəcək.