Bir oyunda 10 qırmızı vərəqə!

Bir oyunda 10 qırmızı vərəqə!

Argentinada "Boka Xuniors" və "Rasinq" arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.

mediasport.az xəbər verir ki, oyunun əsas vaxtında hesab 1:1 olarkən hər iki komandadan bir oyunçu meydandan qovulub. 118-ci dəqiqədə "Rasinq"in qolundan sonra isə ara qarışıb. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib. "Boka Xuniors"un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün "Rasinq" qalib elan edilib.