"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim oldu
"Mançester Yunayted" yeni baş məşqçisinin adını açıqlayıb.
Mediasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Ruben Amorimə həvalə edilib.
Portuqaliyalı İngiltərə nəhəngində istefa verən niderlandlı Erik ten Haqı əvəzləyib.
39 yaşlı mütəxəssis "qırmızı şeytanlar"la 3 illik müqavilə bağlayıb və yeni işinə noyabrın 11-də başlayacaq.
Amorim bunadək ölkəsinin "Kasa Pia", "Braqa" və "Sportinq" klublarına çalışıb.
3 dəfə Portuqaliya Liqa Kubokunun, 2 dəfə ölkə çempionatının, 1 dəfə Portuqaliya Superkubokunun qalibi olub.