Məmmədov Cənubi Koreya klubu ilə matçda 60 dəqiqə oynayıb
Bugünlərdə Polşanın LKS klubu ilə müqavilə bağlayan futbol üzrə Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Lodz təmsilçisinin heyətində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu dəfə Cənubi Koreyanın “Qanqvun” klubu ilə qarşılaşıb.
Məmmədovun 60 dəqiqə meydanda olduğu matç polşalıların qələbəsilə yekunlaşıb - 3:2.
Qeyd edək ki, futbolçumuz Yüksək Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.