Oyunda infarkt keçirən 21 yaşlı Mustafa vəfat etdi - HADİSƏ

Oyunda infarkt keçirən 21 yaşlı Mustafa vəfat etdi - HADİSƏ

Yaşıl meydanlarda daha bir bədbəxt hadisə yaşanıb.

mediasport.az xəbər verir ki, Fil Dişi Sahilinin "Rasinq" (Abican) klubunun müdafiəçisi Mustafa Silla vəfat edib.

21 yaşlı futbolçu Premyer Liqanın 20-ci turunun SOL-la görüşündə infark keçirib. “Rasinq”in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada vəziyyəti pisləşən Mustafa dərhal xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.