MMA döyüşçüsü polislə atışmada öldürüldü, sevgilisi yaralandı

MMA döyüşçüsü polislə atışmada öldürüldü, sevgilisi yaralandı

Braziliyanın məşhur MMA döyüşçüsü Mauro Şole polislə atışmada həlak olub.

mediasport.az xəbər verir ki, 35 yaşlı idmançı Porto-Aleqri şəhərində polislə mübahisə edib.

Daha sonra asayiş keşikçisini ayaq nahiyəsindən silahla güllələyən Şoleni köməyə gələn digər polis əməkdaşları zərərsizləşdirməyə çalışıblar.

Nəticədə sevgilisi və özü yaralanıb. Kürəyindən ağır güllə yarası alan döyüşçü avtomobilinə əyləşərək ərazidən uzaqlaşmağa çalışsa da, müvazinətini saxlaya bilməyərək maşını başqa bir minik vasitəsinə çırpıb. Sevgilisi xilas olsa da, Şole elə yerindəcə həyatını itirib.

Peşəkar rinqdə 22 döyüş keçirmiş braziliyalının aktivində 13 qələbə, 9 məğlubiyyət var idi.