Mərc şirkəti azərbaycanlının 156 min manatlıq uduşunu vermir
Azərbaycanda qeyri-qanuni yollarla - internet üzərindən fəaliyyət göstərən idman mərc saytları qurbanlarının sayı artır.
Mediasport.az xəbər verir ki, bu dəfə məşhur “Mostbet” kontorundan uduşunu ala bilməyən Ayaz İkramoğlu ad-soyadlı həmyerlimizdir.
Onun onlayn mərcdə qazandığı 156 min 461 manat uduşu ödənilməyib.
Vətəndaş bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşıma rəy yazan istifadəçilər də ölkədə qanunsuz fəaliyyət göstərən “Mostbet”, “1xBet” kimi mərc saytlarında qazandıqları böyük uduşları ala bilmədiklərini qeyd edielər.
Qeyd edək ki, Azərbaycanda qanuni fəaliyyət göstərən idman mərc operatorları var.
Onlarda qazanılan uduşlara dövlət təminatı verilir, həmçinin qazanılan uduşlardan dövlət büdcəsinə vergi ödənilir.