İki güləşçimiz Albaniyadakı Avropa çempionatında yarimfınala çıxdı
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 45 kq-da yarışan Turan Daşdəmirov və 51 kq-da Əli Seyidəlili medal qazanmağa bir qədər də yaxınlaşıblar.
Onlar finala gedən yolda müvafiq olaraq Yurik Mxitaryan (Ermənistan) və Peter Totokla (Macarıstan) qarşılaşacaqlar.
Bu gün, həmçinin, 4 güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. 48 kq-dakı Elnar Ziyadov Viktor Postikayla (Moldova), 55 kq-dakı Ayxan Cavadov Yuri Karapetyanla (Ermənistan), 80 kq-dakı Elmin Əliyev Giorgi Maxaradze ilə (Gürcüstan), 110 kq-dakı Mahir Qurbanlı isə Tomas Rusi ilə üz-üz gələcək.