COP29: Milli komandamızın Polşa ilə qarşılaşmasına dəyişiklik edildi

COP29:  Milli komandamızın Polşa ilə qarşılaşmasına dəyişiklik edildi

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket) seçmə qrup oyunları çərçivəsində millimizin oyun qrafikində dəyişikliklər olub.

Mediasport.az xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyası FİBA-nın yekun qərarına əsasən, 7 noyabr Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz bu oyunu Polşanın Sosnoviç şəhərində yerləşən "Sosnoviç" arenada keçirəcək və Polşa ev sahibi komanda olacaq.

Əvəzində isə 2025-ci il 9 fevralda millimiz Bakıda Polşa yığmasını qəbul edəcək 10 noyabr Bakıda Litva millisi ilə keçirilməli olan görüş də "Sosnoviç" arenada oynanılacaq.

Dəyişikliklərin edilməsinə əsas səbəb noyabrda Bakıda keçiriləcək COP29 tədbiridir.