Millimiz Avropa çempionatının finalına vəsiqə üçün yarışacaq

Millimiz Avropa çempionatının finalına vəsiqə üçün yarışacaq

2-6 dekabr tarixlərində Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də gücünü sınayacaq.

Baş məşqçi Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə yarışacaq. “Avro-2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.


Oyun cədvəli

2 dekabr 15:00 Polşa – Azərbaycan

3 dekabr 20:00 Azərbaycan – Estoniya

4 dekabr 20:00 Latviya – Azərbaycan

5 dekabr 17:30 Azərbaycan –  Gürcüstan

6 dekabr 17:30 Ukrayna – Azərbaycan