Millimiz AÇ-yə hazırlığın son mərhələsi üçün Sloveniyaya yollandı

Millimiz AÇ-yə hazırlığın son mərhələsi üçün Sloveniyaya yollandı

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.

mediasport.az xəbər verir ki, Azərbaycan millisini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri və əməkdaşları yola salıblar.

Yığmamız bir həftə Sloveniyada təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçiriləcək. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarımızın baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.