Yığma komandamızın 5 güləşçisi mübarizəyə başlayır - AÇ-2023
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.
mediasport.az xəbər verir ki, Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə görüşəcək.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.