Milli komanda DÇ-2022 üçün heyətini açıqladı - 32 nəfərlik SİYAHI

Milli komanda DÇ-2022 üçün heyətini açıqladı - 32 nəfərlik SİYAHI

Gələn ay Qətərdə start götürəcək Dünya çempionatında iştirak edəcək Səudiyyə Ərəbistanı millisinin heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Erve Renard 32 nəfərlik heyətdən ibarət siyahı tərtib edib.

DÇ-yə hazırlıq çərçivəsində oktyabrın 17-dən noyabrın 10-dək Əbu-Dabidə təlim-məşq toplanışında olacaq geniş heyət həm də Qətərə gedəcək. Səudiyyə Ərəbistanı yığması oktyabrın 22-də Şimali Makedoniya, 26-da Albaniya, 30-da Hondurasla, noyabrın 6-da İslandiya, 10-da Panama ilə yoldaşlıq oyunları keçirəcək. 

Qapıçılar: Navaf Əl-Əqidi ("Əl-Nəsr"), Məhəmməd Əl-Üveys ("Əl-Hilal"), Fəvaz Əl-Qarni ("Əl-Şabab").

Müdafiəçilər: Abdulla Əl-Əmri ("Əl-Nəsr"), Səid Əbdülhəmid ("Əl-Hilal"), Əhməd Bamsaud ("Əl-İttihad"), Məhəmməd Əl-Breyk ("Əl-Hilal"), Əli Əl-Boleahi ("Əl-Hilal"), Abdulla Madu ("Əl-Nəsr"), Həsən Təmbəkti ("Əl-Şabab"), Sultan Əl-Qənnəm ("Əl-Nəsr"), Nasir Əl-Dəvsəri ("Əl-Hilal"), Yasir Əş-Şəhrani ("Əl-Hilal").

Yarımmüdafiəçilər: Navaf Əl-Abid ("Əl-Şabab"), Məhəmməd Əli Əl-Həsən ("Əl-Nəsr"), Abdullah Əl-Malki ("Əl-Hilal"), Salman Əl-Fərəc ("Əl-Hilal"), Əl-Yami ("Əl-Şabab"), Riyad Şərahili ("Abha"), Məhəmməd Kanu ("Əl-Hilal"), Abdulla Otayf ("Əl-Hilal"), Sami Əl-Naci ("Əl-Nəsr").

Hücumçular: Haytam Əsiri ("Əl-Əhli"), Hattan Bahebri ("Əl-Şabab"), Abdullah Əl-Həmdan (Əl-Hilal), Firas Əl-Buraikan ("Əl-Fateh"), Salem Əl-Dəvsəri ("Əl-Hilal"), Fəhad Əl-Muvallad ("Əl-Şabab"), Əymən Yəhya ("Əl-Nəsr"), Abdullah Radif ("Ət-Taavon"), Əbdülrəhman Əl-Obud ("Əl-İttihad"), Saleh Əl-Şehri ("Əl-Hilal").