DÇ-2022-də ikinci günün ilk oyununda 8 qol - VİDEO: İranı peşman etdilər
Qətərdə start götürən 22-ci Dünya Kuboku davam edir.
mediasport.az xəbər verir ki, yarışın ikinci gününün ilk oyunu çərçivəsində B qrupunda yer alan İngiltərə və İran milliləri qarşılaşıb.
Böyük britaniyalılar Karlos Keyruşun baş məşqçisi olduğu komandanı meydana çıxmasına peşman edib. İran yığmasının qapısından 6 top keçirən Qaret Sautgeytin komandası hələlik mundialın ən böyükhesablı qələbəsini rəsmiləşdirib - 6:2.
Bu qrupun ABŞ - Uels matçı Bakı vaxtilə 23:00-da başlanacaq. Bu dəqiqələrdə A qrupu çərçivəsində davam edən Seneqal - Niderland duelində hələlik qapılara qol vurulmayıb.