Milli komandalarımızın iyul təqvimi
Azərbaycan Basketbol Federasiyası milli komandaların iyul ayında baş tutacaq beynəlxalq yarışların təqvimini açıqlayıb.
Mediasport.az xəbər verir ki, sıralamada fərqli yaş qrupları üzrə 5 turnirdə keçiriləcək matçlar yer alıb.
Basketbol üzrə milli komandaların iyul təqvimi
9-10 iyul - Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının "Bordo" mərhələsi
9-14 iyul - 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının "C" divizionu
9-14 iyul - 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatının "C" divizionu
12-21 iyul - 20 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının "B" divizionu
20-21 iyul - qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının "Quba" mərhələsi
23-28 iyul - 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının "C" divizionunun oyunları
23-28 iyul - 18 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatının "C" divizionunun oyunları
30 iyul - 5 avqust - Olimpiya oyunlarında qadınlar arasında 3x3 basketbol