Millimiz Türkiyə yığmasına biabırçı hesabla məğlub oldu - AÇ-2023

Millimiz Türkiyə yığmasına biabırçı hesabla məğlub oldu - AÇ-2023

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, Ataman Güneyligilin baş məşqçi olduğu komanda Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan kollektivinin biabırçı məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (13:25, 13:25, 13:25).

Komandamızın qrupda növbəti oyunu sabah Yunanıstan yığmasına qarşı olacaq. Matç Bakı vaxtilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ilk matçında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə Almaniyaya məğlub olub - 1:3.

Voleybolçularımız qrupda son olaraq avqustun 23-də İsveçlə qarşılaşacaqlar.