Millimiz Latviya, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı
20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq.
Yığmamız Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
AVRO-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, daha əvvəl qızlar və oğlanlardan ibarət U-18 millilərimiz analoji yarışda iştirak edib, bütün görüşlərdə məğlub olublar.