Avropa çempionlarının “Doqquzuncu an” filmi - VİDEO

Avropa çempionlarının “Doqquzuncu an” filmi - VİDEO

Mini futbol üzrə milli komandamızın Avropa çempionluğuna həsr olunan “Doqquzuncu an” filmi təqdim olunub.

MediaSport.az xəbər verir ki, film geniş auditoriya kütləsi toplayıb, izləyənlər tərəfindən bəyənilib.

Filmin ideya müəllifi Sərxan İbrahimoğlu, quruluşçu rejissoru Elçin Qasımovdur.

Komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. Bu il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mini futbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.