Andrade "Qarabağ"da - RƏSMİ

Andrade "Qarabağ"da - RƏSMİ

"Qarabağ" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

MediaSport.az xəbər verir ki, Ağdam klubu Serbiyanın "Partizan" komandasından Patrik Andradeni heyətinə qatıb.

Qeyd edək ki, 30 yaşlı kabo-verdeli yarımmüdafiəçi 2020-2022-ci illərdə də Azərbaycan çempionunun formasını geyinib.

Onunla 2+1 illik müqavilə bağlanıb. Patrik 66 nömrəli formada çıxış edəcək.