Milli komandamızın Ermənistanla oyununun başlama saatı açıqlanıb

 Milli komandamızın Ermənistanla oyununun başlama saatı açıqlanıb

9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları baş tutacaq. 

Mediasport.az xəbər verir ki, A qrupunda qərarlaşan qızlardan ibarət U-16 milli komandamız Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.

Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcəkdir. Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "YouTube" hesabından canlı olaraq yayımlanacaq.