"Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq, biz isə..."

  "Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq, biz isə..."

"NTD-İndiqo"nun basketbolçusu Elşad Şirzadov Azərbaycan Kubokunun "Sabah"la qarşılaşmasında öncə klubun mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, kapitan qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Bu görüş qrup liderini müəyyənləşdirəcək. Rəqib üçün bu oyun daha vacibdir. "Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq, biz isə növbəti raundu artıq təmin etmişik. Amma matça "Şəki" və ya "Sərhədçi"yə qarşı oyunlardakı kimi eyni motivasiya ilə çıxacağıq. Çempionatda iki dəfə "Sabah"a uduzmuşuq. Bu görüşdə yalnız qələbə haqqında düşünürük".

O, hər iki komandanın heyətini dəyərləndirib:

"Yaxşı yerli basketbolçularımız var. Buna görə də bizi favorit hesab edirlər. Amma "Sabah"ın da heyətində güclü yerli oyunçular var. Qardaşım Şirzad, Endar Polanxanlı. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir".

Sabah baş tutacaq "Sabah" - "NTD-İndiqo" qarşılaşması saat 19:30-da start götürəcək.