"Turan Tovuz"dan səfər heç-heçəsi, "Sabah" evdə "Zirə"yə məğlub olub

"Turan Tovuz"dan səfər heç-heçəsi, "Sabah" evdə "Zirə"yə məğlub olub

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

"Səbail" "Turan Tovuz"u qəbul edib.

Masazırda isə "Sabah"la "Zirə" qarşılaşıb.

Turun əvvəlki görüşlərində "Neftçi" "Qəbələ"yə (1:0), "Qarabağ" "Kəpəz"ə (6:1) qalib gəlib.

Tura sabah yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 28-ci tur


30 mart

"Səbail" - "Turan Tovuz" 1:1

Qollar: Pedro Nunu, 21 - Fərid Nəbiyev, 45+1.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

"ASCO Arena", 16:30

“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Keta.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 14. Suleyman Alluş.

Baş məşqçi: Şahin Diniyev.

“Turan Tovuz”: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.


"Sabah" - "Zirə" 0:1

Qol: Ruan Renato, 24.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Azər Əsgərov

"Bank Respublika Arena", 19:00