Milli üzvlərimiz DÇ-yə vəsiqə qazanmaq üçün Almaniyaya yollandı

Milli üzvlərimiz DÇ-yə vəsiqə qazanmaq üçün Almaniyaya yollandı

Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət Azərbaycan milli komandası 28 aprel-8 may tarixlərində Almaniyanın Hannover şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, turnir 17-29 sentyabr 2023-cü ildə Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Yarışdan öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edirlər.