Avropa çempionatına hazırlaşan millimiz Türkiyə klubuna qalib gəldi
16 yaşadək qız basketbolçulardan ibarət yığmamız Ankarada təlim-məşq toplanışına qatılıb.
mediasport.az xəbər verir ki, türk mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz 14 nəfərlik heyətlə gündə iki dəfə olmaqla məşq edir.
Hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan yoxlama oyunlarından birini keçirən basketbolçularımız “Etimesgut Bələdiyyəsi” ilə qarşılaşıb. Yığmamız parketdən 81:62 hesabı ilə qalib ayrılıblar. Komandamızın ən məhsuldar basketbolçusu 33 xalla Angelina İsmayılova olub.
Təlim-məşq toplanışı iyulun 18-23-də Andorrada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.