Milli komandamızdan Avropa çempionatında inamlı başlanğıc

Milli komandamızdan Avropa çempionatında inamlı başlanğıc

Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatında ilk oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız qrupun ilk matçında Belçika futbolçuları ilə üz-üzə gəlib.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə heç bir şans verməyib.

Millimiz növbəti görüşlərini İtaliya (3 iyun) və Fransa (4 iyun) yığmalarına qarşı keçirəcək.


Avropa çempionat. Qrup mərhələsi. 1-ci tur


Azərbaycan - Belçika 3:0

Qollar: Vüsal İsayev 25+1, 35, Samir Həmzəyev 39.