Sabah ölkə çempionatında yeni mövsümün püşkatması keçiriləcək

  Sabah ölkə çempionatında yeni mövsümün püşkatması keçiriləcək

Minifutbol üzrə ölkə çempionatının 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbir 26 sentyabrda, "Çinar Plaza"nın konfrans zalında baş tutacaq.

Yeni mövsümə oktyabrın 3-də start veriləcək. Görüşlər Bakı Tennis Akademiyasının stadionunda oynanılacaq.