“Azərreyl"in Çağırış Kubokunda oyunlarının vaxtı dəqiqləşib

“Azərreyl"in Çağırış Kubokunda oyunlarının vaxtı dəqiqləşib

Qadınlardan ibarət “Azərreyl" voleybol klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində Ukraynanın “Balta” kollektivi ilə oyunlarının vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, İki komanda arasında razılığa əsasən hər 2 matç Bakıda təşkil olunacaq.

“Dəmiryolçular” rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal ev sahibi olacaq.

Hər 2 görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək və saat 20:00-da başlanacaq.