ABL reytinqdə irəlilədi

ABL reytinqdə irəlilədi

Azərbaycan Basketbol Federasiyası 3x3 basketbol üzrə qadınların reytinq sıralamasında irəliləyib.

MediaSport.az xəbər verir ki, qurum Avropa üzrə 10-cu, dünyada isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandası Dünya Qadınlar Seriyasında mütəmadi iştirak edir. "Neftçi" klubu bu turnirin Şuşa və Netanya mərhələlərində qalib olub.