Boksçumuz darmadağınla Avropa birinciliyində finala vəsiqə qazanıb
Azərbaycanlı boksçu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala vəsiqə qazanıb.
Mediasport.az xəbər verir ki, Nihat Qasımov 48 kq-da Filip Stanoyeviçi (Serbiya) üstələyib.
O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanıb və həlledici döyüşə yüksəlib.
Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala yiyələniblər.
Buna qədər Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.