Eltac Səfərlidən qızıl medal!

Eltac Səfərlidən qızıl medal!

Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, təmsilçimiz doqquz turdan 7,5 xal toplayaraq birinci yeri tutub.

Şahmatçımız hazırda yarışın A turnirində isə mübarizəsini davam etdirir. Səkkiz turun nəticəsinə görə E.Səfərli hələlik 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız sinqapurlu Tin Jingyao ilə qarşılaşacaq.