Millimiz yenə məğlub olub

Millimiz yenə məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Mediasport.az" xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu komandamız Sloveniya yığması ilə qarşılaşıb.

İlk görüşdə Serbiyaya 1:5 hesabı ilə uduzan futbolçularımız bu dəfə də meydandan məyus ayrılıblar - 0:3.

Kollektiv qrupda son görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.