Millimizdən böyük uğur, Ermənistan yığması mükafatlandırılma mərasiminə qatılmadı - FOTOLAR

Millimizdən böyük uğur, Ermənistan yığması mükafatlandırılma mərasiminə qatılmadı - FOTOLAR

Tennis üzrə Azərbaycan milli komandası növbəti dəfə böyük uğur qazanıb.

MediaSport.az saytına verilən məlumata görə, yığmamız nüfuzlu “Deyvis Kuboku”nun qalibi olub.

4-cü Liqada yarışan tennisçilərimiz bununla da 10 ildən sonra yenidən 3-cü Liqada çıxış etmək hüququna yiyələniblər.

Tennisçilərimiz iyulun 26-dan 29-na qədər Monteneqroda keçirilən yarışda Kosovo, İslandiya və Albaniya ilə bir qrupda mübarizə aparıblar.

Qrupu lider başa vuran komandamız yarımfinalda İslandiyadan üstün olub. Həlledici görüşdə Ermənistan yığması üzərində inamlı (2:0) qələbə qazanan tennisçilərimiz turnirin qızıl medallarına sahib çıxıblar.

Yığmamızın heyətində "bir nömrə" Kənan Qasımov, "iki nömrə" Səfər Rəsulov çıxış edib. Heyətin digər üzvü Elvin Həşimovdur.

Komandamıza kubok və mükafatlar təqdim edilib. Ermənistan yığması mükafatlandırılma mərasimində iştirak etməyib.