Tennisçilər Xaçmazda toplaşdılar

Tennisçilər Xaçmazda toplaşdılar

2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar.

Mediasport.az xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edir.

8 sentyabra kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminova onlara rəhbərlik edəcəklər.

Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.