Millimizin Qazaxıstan yığması ilə görüşünün vaxtı dəyişdirilib
Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.
Mediasport.az xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladaş SportKompleksum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlanacağı açıqlanmışdı.
Yığmamız iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.