Bu futbolçunun villasından 1 milyon avroluq qızıllarını oğurladılar
“Milan”ın futbolçusu Teo Hernandes xoşagəlməz hadisə ilə üzləşib.
mediasport.az xəbər verir ki, 25 yaşlı futbolçunun evini qarət ediblər.
Məlumata görə, Fransa millisinin üzvünün Milan şəhəri yaxınlığında - Kassano Magnaqodakı villasına 4 silahlı şəxs girib. Hadisə vaxtı Teonun sevgilisi və altı aylıq oğlu villada olub. Soyğunçular 1 milyon avro dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.