Millimizin hücumçusu Rusiyaya qayıtdı
Futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilela "Tümen"ə qayıdıb.
mediasport.az xəbər verir ki, braziliyalı oyunçu bir illik "Kayrat"da icarəyə verilmişdi. Amma forvard vaxtından əvvəl Rusiyaya dönüb.
Buna səbəb "Kayrat"ın Çempionlar Liqasında "dördlər finalı"na qala bilməməsidir. Rusiya klubu qazaxlarla danışıq aparaq 29 yaşlı futbolçusunu geri qaytarmağa nail olub.