Millimizin keçmiş futbolçusu bu komandanın baş məşqçisi oldu
Peşəkar futbolçu karyerasını ötən il "Səbail"də başa vurmuş Rahid Əmirquliyev baş məşqçi təyin edilib.
Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi 2-ci Liqada yarışan "Şahdağ Qusar"ı çalışdıracaq.
Komandanın kapitanı olan Rahid istefa verən baş məşqçi Bəhram Şahquliyevi əvəzləyib.
35 yaşlı futbolçu-məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.
Qusar təmsilçisi 1-ci Liqaya vəsiqə qazansa, Əmirquliyevlə anlaşma yenilənəcək.
Qeyd edək ki, "Şahdağ Qusar" liqada 18 turdan sonra 35 xalla 5-ci pillədə qərarlaşıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır.
Mediasport.az