Bu gün Region Liqasının püşkü atılacaq - 38 komanda yarışacaq

Bu gün Region Liqasının püşkü atılacaq - 38 komanda yarışacaq

Bu gün AFFA Region Liqasında 2022/2023-cü illər mövsümünün püşkü atılacaq.

mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək püşkatma mərasimi saat 15:00-da təşkil olunacaq.

Bu mövsüm yarışda ilk dəfə 38 komanda mübarizə aparacaq. Əvvəlki mövsümlərdə iştirak edən komanda sayı 26-ya bərabər idi.