Şahruddinin komandası evdə "Beşiktaş"a 4 qol vurub - VİDEO
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” "Beşiktaş"la Türkiyə Superliqasının 3-cü turundan təxirə salınmış matçını keçirib.
Mediasport.az xəbər verir ki, Yeni Adana Stadionunda baş tutan görüş Patrik Klüyvertin komandasının inamlı qələbəsilə yekunlaşıb - 4:2.
Tarixində ilk dəfə “qara qartallar”a 4 qol vuran Adana təmsilçisi İstanbul klubu üzərində 35 ildən sonra qələbə qazanıb.
Şahruddin Məhəmmədəliyev Superliqanın Əsasnaməsinə görə meydana çıxa bilməyib. O, mövsümün əvvəlindən sifariş olunmadığı üçün oynamayıb.
“Adana Dəmirspor” qələbə sayəsində xal ehtiyatını 11-ə çatdıraraq 3-cü pilləyə yüksəlib.