UEFA AFFA-ya XƏBƏRDARLIQ etdi - Yığma məşqçilərindən kobud səhv
Futbol üzrə U-17 milli komandamızın baş məşqçisi Füzuli Məmmədov və köməkçiləri kobud səhvə yol veriblər.
MediaSport.az xəbər verir ki, bu ayın əvvəlində UEFA İnkişaf turnirində iştirak edən yığmamızın məşqçilər korpusu qurumun tələb və qaydalarını pozublar.
Qaydalara görə, turnirdə iştirak edən komandaların heyətində olan bütün futbolçular ən azı 90 dəqiqə oynamalıdırlar. Buna baxmayaraq, Azərbaycan yığmasının məşqçiləri qaydanı unudublar.
Ali futbol qurumu bununla bağlı AFFA-ya rəsmi məktub ünvanlayaraq ciddi xəbərdarlıq edib.
Qeyd edək ki, iyunun 1-dən 7-dək Albaniyada keçirilən yarışda U-17 komandamız iştirak edib Farer adalarına qalib gəlib (4:2), meydan sahiblərinə (0:1) və Moldova yığmasına məğlub olub (2:3).