Millimizin Qızıl Avropa Liqası oyunlarının hakimləri açıqlanıb
Kişi voleybolçular arasında Qızıl Avropa Liqasının I mərhələsinin Bakıda keçiriləcək oyunlarının hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində keçiriləcək matçlara üç hakim təyinat alıb.
Azərbaycan milli komandasının Rumıniya ilə görüşündə Stanislava Şimiç (Serbiya) və Aqnieşka Miçliç (Polşa) ədaləti qoruyacaq.
Ukrayna ilə qarşılaşmada isə polşalı referi ilə təmsilçimiz Eldar Zülfüqarov iş başında olacaq.
Qızıl Avropa Liqası (kişilər). I mərhələ
17 may
18:00. Rumıniya - Azərbaycan
Hakimlər: Stanislava Şimiç (Serbiya), Aqnieşka Miçliç (Polşa)
GİN-nin Voleybol Mərkəzi
18 may
18:00. Ukrayna - Rumıniya
Hakimlər: Eldar Zülfüqarov (Azərbaycan), Stanislava Şimiç (Serbiya)
GİN-nin Voleybol Mərkəzi
19 may
18:00. Azərbaycan - Ukrayna
Hakimlər: Aqnieşka Miçliç (Polşa), Eldar Zülfüqarov (Azərbaycan)
GİN-nin Voleybol Mərkəzi