"Sabah"dan ardıcıl 3-cü qələbə

"Sabah"dan ardıcıl 3-cü qələbə

FİBA Avropa Kubokuna hazırlaşan “Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 5-ci sınağına çıxan Azərbaycan çempionu ardıcıl üçüncü qələbəsini qazanıb.

“Sabah”ın sınaqçı rəqibinin “Zlatibor” olması planlaşdırılsa da, son anda proqramda dəyişiklik edilib. Komandamız yerli “Klik”i 91:62 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsaç” (57:62) və “Radniçki”yə (81:82) uduzub, ardından “OKK Belqrad” (97:84) və “Srvena Zvezda-2”yə (81:78) qalib gəlib.