Milli komanda Rusiyaya uduzdu

  Milli komanda Rusiyaya uduzdu

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, komandamız ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üz gəlib.

Matç Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb, yığmamızın heyətində 17-ci dəqiqədə Əli Bəşirov qol  vurub.

Xatırladaq ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.

Millimizin son matçı oktyabrın 4-ü, saat 17:00-da Qazaxıstan futbolçuları olacaq.