MOK və Sosial Xidmətlər Agentliyi arasında görüş keçirilib

MOK və Sosial Xidmətlər Agentliyi arasında görüş keçirilib

Milli Olimpiya Komitəsi (MOK) və Sosial Xidmətlər Agentliyi arasında görüş baş tutub.

Mediasport.az xəbər verir ki, görüşdə MOK-un Beynəlxalq proqramlar idarəsinin rəisi Mehman Kərimov, məsləhətçi Ceyhun Rəhmanov, Atletlər Komissiyasının sədri Rüstəm Orucov, sədr müavini Fəridə Əzizova, SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentin müdiri Murad Həşimov və Stasionar sosial xidmətlərin təşkili departamentinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Sevinc Əmirova iştirak ediblər.

Tərəflər kimsəsiz uşaqların və əlilliyi olan şəxslərin, xüsusilə də gənclərin idmana cəlb edilməsi və sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlərə xüsusi yer ayırmanın əhəmiyyətini müzakirə ediblər.