Dünya çempionatı: Veteran cüdoçularımızdan 4 medal
Azərbaycan milli komandası ABŞ-nin Las-Veqas şəhərində veteran cüdoçular arasında dünya çempionatında çıxışını başa vurub.
Mediasport.az xəbər verir ki, idmançılarımız mundialda ümumilikdə 4 medal qazanıblar.
Son yarış günündə F5 yaş kateqoriyası üzrə Zülfiyyə Hüseynova (70 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, DÇ-də daha əvvəl 90 kq-da Fərhad Həcəbli və Mərdan Qədirli dünya çempionu olublar, 100 kq-da İntiqam Ələkbərov isə 3-cü yeri tutub.